Respublikanın suvarılan torpaqlarının 43 faizində (610.4 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 277 min hektar sahə açıq, 320.4 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.
Drenləşmiş sahələrdə 12761 km açıq, 9269 km qapalı drenaj şəbəkələri, 6683 ilkin yığıcı kollektorlar, 4302 km magistral və təsərrüfatlararası kollektorlar (cəmi 33015 km) tikilib istifadəyə verilmişdir.
Respublikamızın meliorasiya olunmuş ərazilərindən drenaj suları 3 əsas magistral Baş Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin balansında olan əsas magistral kollektorlar
№ |
Kollektorların adı |
İstismara verildiyi il |
Uzunluğu, km |
Su buraxma qabiliyyəti, m³/s. |
Xidmət etdiyi sahə, min ha |
Drenaj suları axıdılır |
1 |
Baş Mil-Muğan kollektoru |
2006 |
42 |
107 |
500 |
Xəzər dənizi |
2 |
Baş Şirvan kollektoru |
1965 |
215,7 |
72,0 |
281,0 |
Xəzər dənizi |
3 |
Muğan-Salyan suötürücüsü |
1953 |
100,9 |
36,0 |
77 |
Xəzər dənizi |
4 |
Mil-Qarabağ kollektoru |
1965 |
152,0 |
25,0 |
115 |
Baş Şirvan kollektoru |