www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

TOMİOBM


Adı:

Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 

Direktor:

Ramiz Vəkilov

Ünvanı:

AZ 1012, Bakı şəhəri, Moskva pr. 69a

Əlaqə telefonu:

(+994) 12 430 34 81, (+994) 12 431 08 64

Faks:

(+994) 12 430 79 57

E-mail:

tomiobm@mst.gov.az

Əlaqələndirici şəxs:

Rəfail Məmmədov

Yaranma tarixi:

1948-ci ildə yaradılmışdır.

Fəaliyyət növü və dairəsi: 

50 ildən artiq fəaliyyət göstərən müstəqil müəssisədir. Müdiriyyət bütün Azərbaycan Respublikası üzrə iri həcmli meliorasiya və su təsərrüfatı obyektlərinin (kanal, nasos stansiyaları, su anbarları, kollektor-drenaj şəbəkələri, bəndlər və s.) layihələndirilməsi və həyata keçirilməsi işlərində Sifarişçi funksiyasını yerinə yetirir. Müdiriyyət, hüquqi şəxs kimi su təsərrüfatı obyektlərinin əsaslı tikintisinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərini idarə edir.

Yerinə yetirdiyi işlər:

·  TİƏ, layihə-smeta sənədlərinin hazırlanması, layihələrin ekspertizası və təsdiq edilməsi;

·  Layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının və Beynəlxalq Satınalmalar haqqında qanuna uyğun olaraq layihə, tikinti xidmətləri və avadanlıqların alınması üzrə tenderlərin keçirilməsi və müqavilələrin bağlanması;

·  Obyektlərin tikintisinin maliyyələşdirilməsi məqsədilə bankda hesabın acılması, mühasibat, əməliyyat və statistik hesabatların aparılması;

·  Torpaqların Dövlət ehtiyacları üçün alınması haqqında Qanununa görə, torpaq sahibkarlarına dəyən zərərin ödənilməsi;

·  Yerinə yetirilən işlərin keyfiyyətinə texniki nəzarət, məsləhətçi xidmətlərinin və müəllif nəzarətinin həyata keçirilməsinin təmin edilməsi;

·  Tikilən obyektlər üzrə lazımi sənədlərin İşçi və Dövlət Qəbul Komissiyasına təqdim edilməsi;

·  Dövlət Qəbul Komissiyası ilə birgə fəaliyyət göstərir və istismara təqdim olunan obyektlər üzrə məsuliyyət daşıyır.

Kadr potensialı və digər müvafiq məlumatlar:

Müdiriyyətin Respublikanın müxtəlif zonalarında tikinti, torpaq, beton, dəmirbeton və digər işlərin yerinə yetirilməsi üzrə nəzarəti həyata keçirən texniki-nəzarətçiləri və “Şəmkir çay üzərində dəryaçanın tikintisi” obyekti üzrə tikintiyə nəzarət qrupu mövcuddur. Hal-hazırda müdiriyyətin tərkibində yüksək ixtisaslı və çoxillik təcrübəyə malik onlarla mühəndis fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, müdiriyyətin mütəxəsisləri Dünya Bankı, İslam İnkişaf Bankı və s. Beynəlxalq malıyyə qurumları tərəfindən “Kənd təsərrüfatı layihələrinin analizi və maliyələşdirilməsi” mövzusunda təşkil olunan seminarlarda iştirak etmişlər və banklar tərəfindən sertifikatlarla təltif olunmuşlar.