www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

SDIBT LHKQ

Adı:

Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsinin Həyata Keçirilməsi üzrə İşçi Qrup

Rəhbər:

Akif Mustafayev

Ünvanı:

AZ 1012, Moskva prospekti 69a, 4-cü mərtəbə

Əlaqə telefonu:

(+994) 12 431 57 90,(+994) 12 430 32 48,

(+994) 12 430 32 80

Faks:

(+994) 12 431 65 16

E-mail:

asuvarmadrenajibtliq@mst.gov.az

Əlaqələndirici şəxs:

Emil Vəliyev

Yaranma tarixi:

İşçi qrup Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədrinin 2 iyul 1998-ci il tarixli, 51e saylı əmri ilə yaradılmışdır.

Fəaliyyət növü və dairəsi: 

İşçi qrupda xarici investisiyalar hesabına su təsərrüfatına aid obyektlərin bərpa və tikintisinə və suvarma-drenaj sektorunun inkişafına yönəlmiş layihələrin müvafiq qaydada hazırlanması və həyata keçirilməsi işləri aparılır. 

Yerinə yetirdiyi işlər:

07 mart 2001-ci il tarixdən etibarən işçi qrup Dünya Bankının maliyyə dəstəyi ilə “Azərbaycanda Suvarma və Drenaj İnfrastrukturunun Bərpası və Tamamlanması Layihəsi”ni, 19 dekabr 2003-ci ildən isə “Suvarma Paylayıcı Sistemi və Onun İdarə Olunmasının Təkmilləşdirilməsi Layihəsi”ni müvəffəqiyyətlə həyata keçirmişdir.Bu müddət ərzində qeyd edilən layihələr çərçivəsində LHKQ tərəfindən aşağıdakı işlər həyata keçirilmişdir: 

·  Samur Baş Suqəbuledici Qurğusunun təmir-bərpası;

·  SAK sistemi üzərində baş sudurulducu qurğunun tikintisi;

·  Samur-Abşeron Kanalının (SAK) ilk 50 km-lik hissəsinin bərpası və  suburaxma qabiliyyətinin artırılması;

·  SAK-ın ilk 50 km-lik hissəsində 188 km uzunluğunda təsərrüfatlararası  kanalların bərpası;

·  Baş Mil-Muğan Kollektorunun (BMMK)28 km-lik hissəsinin və onun üzərində  4 ədəd akveduk, 7 ədəd körpü, uzunluğu 71,7 km olan 7 ədəd  təsərrüfatdaxili kollektorun tikintisi, eləcə də ana kollektor boyunca xidməti  yolun tikintisi;

·  Araz çayı üzərində körpü və uzunluğu 8 km olan sağ və sol sahil bəndlərinin  tikintisi;

·  36,500 ha sahədə təsərrüfatlararası kollektor-drenaj sistemlərinin yenidən  qurulması və bərpası;

·  140,000 ha xidmət sahəsinə malik Bəhramtəpə Baş Hidroqovşağında və  respublikanın 11 rayonunda 89 kəndi əhatə edən 22 Sudan İstifadəedənlər  Birliklərinin təsərrüfatdaxili sistemlərini əhatə edən 52 min hektar ərazidə  1200 km uzunluğunda suvarma kanallarında, 542 km uzunluğunda kollektor  drenaj şəbəkəsində təmir-bərpa işləri;

·  979 ədəd “Replok” tipli suölçən qurğu, 3269 ədəd yeni hidrotexniki  qurğuların  tikintisi və 970 ədəd hidrotexniki qurğuların isə təmir-bərpası. 

Bundan əlavə, Dünya Bankının 2010-cu ilin sentyabr ayında təsdiq etdiyi yeni ölkə tərəfdaşlıq strategiyasının ali məqsədlərindən biri olan hərtərəfli qeyri-neft sektorunun inkişafı çərçivəsində hazırlanmış “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi”nin icrasına LHKQ tərəfindən 2011-ci ilin noyabr ayından etibarən başlanılacağı gözlənilir. 

Kadr potensialı və digər müvafiq məlumatlar:

Hal-hazırda işçi qrupdada layihələndirmə, tikinti, satınalmalar, maliyyə, ətraf mühit, monitorinq və qiymətləndimə sahələri üzrə 10 nəfər əsas işçi heyət çalışır.