www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

MST və KXİL HKİQ

Adı:

Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrup

Rəhbər:

Ayaz Qəhrəmanov

Ünvanı:

AZ 1012, Moskva prospekti 69a, 3-cü mərtəbə

Əlaqə telefonu:

(+994) 12 430 06 59

Faks:

(+994) 12 430 13 38

E-mail:

millisutechkanxidlayiheiq@mst.gov.az 

Əlaqələndirici şəxs:

Dinarə Əhmədova

Yaranma tarixi:

05 avqust 2009-cu ildə yaradılmışdır.

Fəaliyyət növü və dairəsi: 

Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin həyata keçirilməsi

Yerinə yetirdiyi işlər:

· Şabran rayonunda Su Təchizatı, Kanalizasiya Sistemləri və Çirkab Su Təmizləyici Qurğusunun Tikintisi və Siyəzən rayonunda Su Təchizatı, Kanalizasiya Sistemləri və Çirkab Su Təmizləyici Qurğusunun Tikintisi üzrə tenderin qalibi olmuş Fransanın SADE – Compagnie Generale De Travaux D’Hydraulique Şirkəti ilə 27 dekabr 2010-cu ildə hər rayon üzrə ayrılıqda iki Müqavilə bağlanmışdır. Müqavilələrin icra müddəti 17 aydır. Podratçı şirkət layihələndirmə işlərini tamamlamış və layihələr razılıq üçün müvafiq dövlət qurumlarına göndərilmişdir.

· Ağsu və İsmayıllı rayonları üzrə tender təklifləri 22 aprel 2011-ci il tarixində qəbul edilmişdir. Tender təklifləri Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilmiş və Qiymətləndirmə Hesabatı 2011-ci il 4 may tarixində Dünya Bankına göndərilmişdir və 23 iyun 2011-ci il tarixdə Dünya Bankı tərəfindən Qiymətləndirmə Hesabatına təsdiq cavabı göndərilmişdir.

· İsmayıllı rayonu üzrə müqavilə 5 sentyabr 2011-ci il tarixində Türkiyənin Kolin Insaat A. S. – Egemen Insaat Ltd. Sti Birgə Müəssisəsi ilə bağlanmışdır.

· Ağsu rayonu üzrə müqavilə 9 sentyabr 2011-ci il tarixdə Almaniyanın “PWT Wasser-und Abwassertechnik Gmbh” şirkəti ilə bağlanmışdır.

· Masallı rayonu üzrə tender prosesi keçirilmiş və təqdim olunmuş təkliflər hal-hazırda Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilməkdədir. Masallı rayonu üzrə tikinti müqaviləsinin 2011-ci ilin oktyabr-noyabr aylarında imzalanacağı ehtimal olunur. 

·  Lerik rayonu üzrə tikinti müqaviləsi 8 sentyabr 2011-ci il tarixində Türkiyənin “Gelişim Inşaat Turizm Sanayi ve Ticaret Ltd.” şirkəti ilə imzalanmışdır. 

· Yardımlı rayonu üzrə tender prosesi keçirilmiş və tenderin qalibi Almaniyanın “Ludwig Pfeiffer Hoch-und Tiefbau Gmbh & Co.KG” şirkəti elan olunmuşdur. Qalib şirkətlə müqavilənin bağlanması 2011-ci ilin sentyabr-oktyabr aylarında həyata keçirilmişdir. 

· Cəlilabad rayonu üzrə tikinti işlərinin həyata keçirilməsi 4 müqaviləyə bölünmüşdür. Cəlilabad rayonunun “Çirkab Su Kollektoru və Çirkab Su Təmizləyici Qurğularının Tikintisi”, 1 saylı Müqavilə üzrə tender sənədləri 25 avqust 2011-ci il tarixində Dünya Bankı tərəfindən təsdiq olunmuş və təkliflərin təqdim olunması üçün elan 8 sentyabr 2011-ci il tarixində BMT-nin “Development Business” elektron dərcində və “Respublika” qəzetində nəşr edilmişdir.

· Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Astara, Ucar, Zərdab, Imişlu və Kürdəmir rayonları üzrə Ətraf Mühitə Təsirin qiymətləndirilməsi üzrə hesabatlar yekunlaşdırılmışdır.