www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

AZETSPİ

Adı:

Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu

Direktor:

Elman Qənbərov

Ünvanı:

AZ 1012, Bakı şəhəri, Moskva pr. 69a

Əlaqə telefonu:

(99412) 431-31-08, 431-69-90

Faks:

(99412)431-69-90

E-mail:

aetspi@mst.gov.az

Əlaqələndirici şəxs:

Qasımov Ağabala Sahib oğlu

Yaranma tarixi:

Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu Azərbaycan SSR-nin Nazirlər Sovetinin 1960-cı il 21 iyul tarixli, 572 «a» saylı qərarı ilə Azərbaycan Respublikasının Elmlər Akademiyası nəzdində suların istifadəsi, mühafizəsi və zərərli təsirinin qarşısını almaq üçün kompleks elmi-texniki tədbirlərin işlənib hazırlanması məqsədilə yaradılmışdır.

Fəaliyyət növü və dairəsi: 

İnstitut Azərbaycan Respublikası su təsərrüfatı, su ehtiyatlarının qiymətləndirilməsi, onların dayanıqlı istifadəsi və ərazilər üzrə tənzimlənməsinə aid elmi-tədqiqat işlərini yerinə yetirən dövlət elmi-tədqiqat müəssisəsidir.

Yerinə yetirdiyi işlər:

·  su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi üçün kompleks elmi-texniki  tədbirlər işlənib hazırlanmışdır;

·  suyun keyfiyyətinin yaxşılaşdırılması və onun çirklənməsinin qarşısının  alınmasını təmin edən kompleks tədbirlər işlənib hazırlanmışdır;

·  su təsərrüfatı sistemlərinin istismar etibarlığının və ekoloji təminatının  yüksəldilməsi istiqamətində elmi-mühəndisi tövsiyələr işlənib hazırlanmışdır;

·  su təsərrüfatı kompleksinin avtomatlaşdırılmış idarəetmə sistemləri işlənib  hazırlanmışdır.

Kadr potensialı və digər müvafiq məlumatlar:

İnstitutda çalışan işçilərin ümumi sayı 146 nəfər, elmi işçilərin sayı 72 nəfərdir. Onlardan 5-i elmlər doktoru, 24-ü isə elmlər namizədidir.

İnstitutda kadr hazırlığı doktorantura vasitəsi ilə həyata keçirilir və bu aşağıdakı ixtisaslar üzrə aparılır:

·  Su təchizatı, kanalizasiya və su ehtiyatlarının mühafizəsi üçün tikinti  sistemləri (05.23.04);

·  Hidravlika və mühəndisi hidrologiyası(05.23.16);

·  Ətraf mühitin mühafizəsi və təbii ehtiyatların səmərəli isitfadəsi (11.00.11);

·  Coğrafi və geoloji ekologiya» (25.00.36);

·  Texnoloji proseslərin və istehsalların avtomatlaşdırılması (05.13.07).

İnstitutda aparılan elmi-tədqiqat işlərinin nəticələri «Su ehtiyatlarının səmərəli və kompleks istifadəsinin müasir problemləri» adlı jurnalda elmi əsərlər toplusu şəklində nəşr olunur.

Məlumatlar qısa və konkret tərtib edilməklə (1 vərəqdən çox olmamalı) redaktə və korrektə olunmuş şəkildə, Word formatında Azərbaycan şrifti ilə yazılmaqla təqdim edilməlidir (çap və elektron variantda).