www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

AZH və MEİB

Adı:

Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi

Baş direktor:

Ağamir Həşimov

Ünvanı:

AZ 1125, Bakı şəhəri, 8-ci mkr., İ.Dadaşov küç. 70A

Əlaqə telefonu:

(+994) 12 563 54 30

Faks:

(+994) 12 563 26 22

E-mail:

ahmeib@mst.gov.az 

Əlaqələndirici şəxs:

Əhliman Verdiyev

Yaranma tarixi:

1944-cü ildə yaradılmış Zaqafqaziya Elmi-Tədqiqat Su Təsərrüfatı İnstitutunun Azərbaycan filialının bazası əsasında 1947-ci ildə təsis edilmişdir.

Fəaliyyət növü və dairəsi: 

Birliyin nəzdində Muğan, Abşeron və Şirvan təcrübə stansiyaları, təcrübə-istehsalat müəssisəsi fəaliyyət göstərir. Birliyin əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq mühəndisi-meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən ibarətdir. Elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır:

·  Respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin  tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması;

·  Torpaq və su ehtiyatlarının səmərəli istifadəsini təmin edən yeni meliorativ  qurğuların yaradılması;

·  Torpaq qruntların su-duz rejiminin səmərəli idarə olunması;

·  Mövcud qurğuların və onların hesabatlarının təkmilləşdirilməsi;

·  Meliorativ tikintinin səmərəli texnologiyasının işlənib hazarlanması;

·  Hidromeliorativ sistemlərin və su təsərrüfatı komplekslərinin istismarının  mütərəqqi üsullarının işlənilməsi;

·  Meliorasiya olunan torpaqların intensiv istifadəsinin və onun elmi əsaslarının  işlənib hazırlanması;

·  Hidrotexniki qurğuların təkmilləşdirilməsi və yeniləşdirilməsi;

·  Suvarma rejiminin işlənib hazırlanması;

·  Su sərfiyyatının hesablama üsullarının, kənd təsərrüfatı bitkilərinin müxtəlif  təbi-təsərrüfat şəraitlərində becərilmə texnikası və texnologiyasının  işlənilməsi;

·  Suvarma texnikasının təkmilləşdirilməsi və sudan istifadənin  normalaşdırılması;

·  Su təsərrüfatı obyektlərinin tikilməsi üçün bilgilərin hazırlanması  texnologiyasının işlənilməsi.

Yerinə yetirdiyi işlər:

Birliyin torpaqların meliorasiyası sahəsində əldə edilmiş elmi nailiyyətləri:

·  quraqlıq zonada torpaqların su-duz rejiminin kompleks şəkildə  tənzimlənməsinin elmi əsasları;

·  şorlaşmış torpaqların əsaslı yuyulması;

·  daimi üfüqi və şaquli drenaj fonunda şorlaşmış torpaqların yuyulma  texnologiyası;

·  yüksək dərəcədə şorlaşmış ağır mexaniki tərkibli, zəif su sızdırma  qabiliyyətinə malik olan torpaqlarda müvəqqəti dayaz drenlərin tətbiqi  sxemləri;

·  kimyəvi meliorantlar tətbiq etməklə şorakət torpaqların yuyulması;

·  şorakətləşmiş torpaqların meliorasiya texnologiyasının təkmilləşdirilməsi;

·  təmiz, minerallaşmış, dəniz və maqnitləşdirilmiş sular, həmçinin elektrik  cərəyanı tətbiq etməklə şorlaşmış torpaqların yuyulması;

·  meliorasiya olunmuş torpaqlarda cari və təşkili yuma;

·  riyazi modelləşdirmə tətbiq etməklə, torpaqlarda su-duz rejiminin  proqnozlaşdırılması;

·  suvarılan torpaqlarda drenajın hesabatı;

·  yeni drenaj konstruksiyaları;

·  şaquli drenajın tətbiq olunması üzrə respublika ərazisinin rayonlaşdırılması;

·  suvarılan torpaqlarda meliorativ rejimlərin formalaşması və üfüqi drenajın  tətbiqinin layihə normaları və texniki şərtləri;

·  hidromeliorativ sistemlərin yenidən qurulması və suqəbuledici qurğuların  tətbiqinin əsaslandırılması üçün respublika ərazisinin geofiltrasiya üzrə  rayonlaşdırılması.

Birliyin suvarma sahəsində əldə edilmiş elmi nailiyyətləri:

·  respublikanın təbii-təsərrüfat zonalarında suvarma norması, kənd təsərrüfatı  bitkilərinin suvarma norması və suvarma rejiminə görə ərazinin  rayonlaşdırılması;

·  şırım, zolaq, damcı üsulu, müxtəlif suvarıcı ğurğular («Voljanka», «Kuban»,  DDN, aerozol, sinxron və s.) tətbiq etməklə suvarma texnikası və  texnologiyası;

·  minerallaşmış dəniz və drenaj sularının kənd təsərrüfatı bitkilərinin  suvarılmasında istifadəsi;

·  dağlıq və dağətəyi şəraitdə su eroziyası proseslərinin və səth axıntısı  intensivliyinin hesabatı üzrə metodik tövsiyələr;

·  səthi suvarmada irriqasiya eroziyasının proqnozu;

·  meliorasiya elminin nailiyyətləri əsasında respublika ərazisində kənd  təsərrüfatı bitkilərindən proqnozlaşdırılmış məhsul alınması metodikası.

Birliyin hidrotexnika sahəsində əldə edilmiş elmi nailiyyətləri:

·  çayların sərflərinin nizamlanmasının texniki vasitələri və üsulları;

·  kompleks təyinatlı suqəbuledici hidrotexniki qurğular;

·  dağ və dağətəyi çayların sahilqoruyucu qurğuları;

·  dağ çaylarında suqəbuledici qurğular;

·  dağ çaylarında suqəbuledici qurğularla əlaqələndirilmiş selə qarşı qurğular;

·  sel əleyhinə qurğuların istismarına aid təlimat;

·  meliorativ və hidrotexniki qurğuların özülündə qruntların fiziki-mexaniki  xassələri üzrə tövsiyələr;

·  yarımfunksional əlavəli hidrotexniki betonlar;

·  üzvi-mineral əlavəli betonlar.

Birliyin hidromeliorativ sistemlərin istismarı, iqtisadiyyatı, tikintinin təşkili və mexanikləşdirilməsi sahəsində əldə edilmiş elmi nailiyyətləri:

·  müxtəlif drenaj borusu və süzgəc tətbiq etməklə örtülü drenlərin tikilməsi və  istismarının mexanikləşdirilməsi;

·  hidromeliorativ sistemlərin istismarı üzrə normativ sənədlər toplusu (su  anbarları, suqəbuledici qurğular, suvarma və kollektor-drenaj sisteminin  istismarı üzrə texniki normalar);

·  meliorasiya olunmuş torpaqların mənimsənilməsinin iqtisadi səmərəliliyinin  təyin olunması metodu və onun yüksəldilməsi yolları;

·  ehtiyatların qiymətləndirilməsi sahəsində su istifadəçiləri ilə münasibətlərin  təkmilləşdirilməsi;

·  meliorasiyanın inkişafının planlaşdırılması və proqnozlaşdırılması metodları;

·  meliorasiya sahəsində elmi-texniki tərəqqinin iqtisadi əsaslandırılması;

·  sahə üzrə aqrar istehsalatların aparılmasının normativ-hüquqi  sənədləşmələrinin hazırlanması;

·  respublikada su təsərrüfatı sistemlərinin tikintisi və istismarının ekoloji  etibarlılığının yüksəldilməsi üzrə tövsiyələr

və s.

Kadr potensialı və digər müvafiq məlumatlar:

Birlikdə Elmi Şura və doktorantura mövcuddur. Birliyin əməkdaşlarının sayı 258 nəfər təşkil edir. Bunlardan 9 nəfəri elmlər doktoru, 53 nəfəri elmlər namizədi, 196 nəfəri isə mühəndis, texnik, laborant və xidməti işçilərdir. Birliyin fəaliyyəti dövründə 23 elmlər doktoru və 80 elmlər namizədi hazırlanmışdır. Birlik xüsusi proqram üzrə MDB ölkələrindən Özbəkistanın, Ukraynanın, Rusiyanın, Tacikistanın və s. eyni problemlərin həlli üzərində çalışan institutları ilə sıx əlaqədə işləyir. Birliyin 50 cildlik əsərləri, 40 monoqrafiya, 2000 məqalə, istehsalata tətbiq olunan çoxsaylı tövsiyələri çap olunmuşdur.