www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

“Azdövsutəslayihə” institutu

Adı:

Su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan dövlət institutu (“Azdövsutəslayihə” institutu)

Direktor:

Elbrus Paşayev

Ünvanı:

AZ 1125, Bakı şəhəri, 8-ci mkr., İ.Dadaşov küç. 70A

Əlaqə telefonu:

(+994) 12 563 60 56

Faks:

(+994) 12 563 60 54

E-mail:

azdovsuteslayihe@mst.gov.az

Əlaqələndirici şəxs:

Elbrus Paşayev

Yaranma tarixi:

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin inzibati tabeliyində olan Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan dövlət institutunun əsası 1930-cu ildə qoyulmuşdur.

Fəaliyyət növü və dairəsi: 

İnstitutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir.  

Yerinə yetirdiyi işlər:

İnstitut meliorasiya və su təsərrüfatı sahəsində respublikanın strateji xəttinin müəyyənləşdirilməsində vacib rol oynamışdır. Kür çayı üzərində pilləli su anbarları, Araz çayı, Arpaçay, Ağstafaçay, Tərtər çayı, Xanbulançay, Əyriçay, Viləşçay və s. üzərində onlarca su anbarları ilə yanaşı Bəhramtəpə və Samur su qovşaqları, Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Sağ və Sol sahil Tərtər kanalı, Baş Mil kanalı, Əzizbəyov adına kanal, Xanqızı kanalı və digər magistral kanallar, həmçinin Baş Şirvan, Baş Mil-Muğan, Muğan-Salyan və digər kollektorlar, Samur-Abşeron kanalı üzərində Sitalçay və Ceyranbatan nasos stansiyaları, Əzizbəyov kanalı üzərində nasos stansiyası, Şəmkir kanalı üzərində I və II pillə nasos stansiyaları, yüzlərlə digər nasos stansiyaları və s. su təsərrüfatı obyektlərini layihələndirmişdir. 

Kadr potensialı və digər müvafiq məlumatlar:

“Azdövsutəslayihə” institutu lazımi səviyyədə əsas fonda, müasir texnoloji avadanlığa, yüksək ixtisaslı mütəxəssislərə və yerinə yetirdiyi layihə-axtarış işlərinin kəmiyyət və keyfiyyətinə görə meliorasiya sahəsində respublikada yeganə dövlət institutudur.