www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Suvarılan torpaqlar

Ölkə ərazisinin yalnız 54,9 %-i kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti 2915,4 min hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları) otlaqlar və biçənəklər altında olan torpaqlardır. Cəmi 1,8 milyon hektar sahə şum altında istifadə olunur.

Azərbaycan qədim suvarma əkinçiliyi diyarıdır. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini (1432,7 min hektar) təşkil etsə də ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95%-i bu torpaqlardan götürülür. Suvarılan torpaqların təxminən üçdə birindən çoxu (565 min hektarı) mexaniki üsulla, o cümlədən 349,4 min hektar elektrikləşdirilmiş, 68,2 min hektar dizel nasos stansiyaları ilə, 147,7 min hektarı isə subartezian quyuları vasitəsi ilə suvarılır.

Azərbaycanda suvarma əkinçiliyinin əsas inkişafına XX- əsrin birinci yarısından başlanmışdır. Əgər 1925-ci ildə cəmi 510 min hektar suvarma şəbəkəsi ilə təchiz olunmuşdursa, sonrakı illərdə həyata keçirilmiş meliorativ tikinti işləri hesabına suvarılan sahələrin həcmi 2000-ci ildə 1426 min hektara, 2006-cı ildə 1432,7 min hektara çatdırılmışdır. Azərbaycanda kənd təərrüfatının perspektiv inkişafı üçün mövcud ehtiyatlar hələ tükənməmişdir. Torpaq-iqlim şəraiti Azərbaycanda suvarılan torpaq sahəsini 3,0-3,5 mln. hektara qədər artırmağa imkan verir. Lakin su ehtiyatlarının çatışmamazlığı bunun həyata keçirilməsinə yol vermir.