www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Kollektor-drenaj sistemləri

Respublikanın suvarılan torpaqlarının 43 faizində (609 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 288 min hektar sahə açıq, 308 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.

Drenləşmiş sahələrdə 9569 km açıq, 9236 km qapalı drenaj şəbəkələri, 6157 ilkin yığıcı kollektorlar, 4678 km magistral kollektorlar (cəmi 29640 km) tikilib istifadəyə verilmişdir.

Meliorasiya olunmuş ərazilərdən drenaj suları 3 əsas magistral Baş Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan magistral kollektorlar

Kollektrların adı İstismara verildiyi il Uzunluğu, km

Su buraxma qabiliyyəti,

Qn- m³/s.

Xidmət etdiyi sahə,

min ha

Drenaj suları axıdılır
 1 Baş Mil-Muğan kollektoru 2006 42 107 500 Xəzər dənizi
 2 Baş Şirvan kollektoru 1965 215,7 72,0 281,0 Xəzər dənizi
 3 Muğan-Salyan suötürücüsü 1953 100,9 36,0 77 Xəzər dənizi
 4 Mil-Qarabağ kollektoru 1964 152,0 25,0 115 Baş Şirvan kollektoru