www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Ağdam rayonun 20 yaşayış məntəqəsində 35 subartezian quyusunun qazılmasına başlanıb.

 Ağdam rayonun 20 yaşayış məntəqəsində 35 subartezian quyusunun qazılmasına başlanıb.            

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 5 noyabr 2018-ci il tarixli Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.        

         Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyət tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.