www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin su nazirlərinin 4-cü konfransı keçirilib.

        

 

 

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin su nazirlərinin 4-cü konfransı keçirilib.

 

 

 

          2018-ci ilin 14-16 oktyabr tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin su nazirlərinin 4-cü konfransı keçirilmişdir.

          Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyev və Meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birlikləri üzrə iş şöbəsinin baş məsləhətçisi Fərid Əliyev konfransın işində iştirak etmişlər.

         Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyev konfransda çıxış etmiş, ölkəmizin su ehtiyatları, onların istifadəsi və idarə olunması, meliorasiya və su təsərrüfatı sahəsində görülmüş işlər və bu sahədə qarşıda duran məsələlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

         Zakir Quliyev eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində işğal zonasında qalmış və respublikamızın iqtisadiyyatında mühüm əhəmiyyətə malik su təsərrüfatı fondlarının ermənilər tərəfindən tamamilə dağıdılaraq sıradan çıxması, o cümlədən ümumi sututumu 640 milyon kubmetr olan su anbarlarının sularından uzun illərdən bəri istifadə edilməsinin mümkün olmaması nəticəsində 100 min hektardan artıq sahələrdə kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatında  ciddi çətinliklərin, ümumi sututumu 560 milyon kubmetr və respublikada ən hündür bəndə malik olan Sərsəng su anbarına tələb olunan texniki xidmət göstərilmədiyi üçün onun aşağı axarında məskunlaşmış 400 min nəfər insanın həyatı üçün real təhlükənin yaranması barədə məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırmışdır.

         Konfransda dünyada baş verən iqlim dəyişilmələri nəzərə alınmaqla su ehtiyatlarından səmərəli istifadə edilməsi, adaptasiya tədbirlərinin işlənib hazırlanması və digər sahələrdə İslam Əməkdaşlıq Təikilatına üzv olan dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.

         Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  İslam Əməkdaşlıq Təikilatına üzv olan dövlətlərin İqtisadi Əməkdaşlıq Təikilatının Su Şurasına üzv seçilmişdir.