www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Samur transsərhəd çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə keçirilmiş görüş barədə məlumat

Samur transsərhəd çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə keçirilmiş görüş barədə

məlumat

28 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində “Samur transsərhəd çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyası”nın növbəti iclası keçirilmişdir. İclasda Samur çayının su ehtiyatlarının monitoringi və bölünməsi, tərəflər arasında məlumat mübadiləsi, çayın ekoloji axını, Samur hidroqovşağının texniki vəziyyətinin müainəsi və bir sıra digər məsələlər müzakirə edilmişdir.

İclas Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavininin rəhbərliyi ilə keçirilmişdir. İclasda Səhmdar Cəmiyyətinin mütəxəssisləri ilə yanaşı Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak etmişlər.

İclas dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keçmişdir.

İclasın yekunu üzrə Protokol imzalanmışdır.

Hazırda su bölgüsü təsdiq edilmiş qrafik əsasında həyata keçirilir.