www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə görüş keçirilmişdir.

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə görüş keçirilmişdir.

8-10 may 2018-cı il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası və İran İslam Respublikasının daimi fəaliyyət göstərən birgə komissiyasının iclası keçirilmişdir.

Azərbaycan tərəfindən nümayəndə heyyətinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini rəhbərlik etmişdir.

İclasda Səhmdar Cəmiyyətinin mütəxəssisləri ilə yanaşı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Dövlət Energetika Xidmətinin nümayəndələri iştirak etmişlər.

İclasda Araz su anbarının iş rejimini və dövlətlər arası su bölgüsü qrafiki təsdiq edilmişdir.

İclas dostluq və qarşılıqla əməkdaşlıq şəraitində keçmişdir.

İclasın yekunu üzrə müvafiq Protokol imzalanmışdır.

Hazırda su bölgüsü təsdiq edilmiş qrafik əsasında həyata keçirilir.