www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

2018-cı il peşə bayramı

                  5 iyun   - «Su təsərrüfatı və meliorasiya işçiləri günü» - peşə bayramı                            

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və «Azərsu» Açıq Səhmdar Cəmiyyətlərinin işçiləri 5 iyun- «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramını qeyd etmişlər.

Cəmiyyətlərin rəhbərlikləri və əməkdaşları Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoymuş, müstəqil dövlətimizin banisi və qurucusunun əziz xatirəsini böyük ehtiramla  yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə çiçək dəstələri qoyulmuşdur. Sonra Şəhidlər Xiyabanında Azərbayjanın müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilmişdir. «Su təsərrüfatı və meliorasiya işçiləri günü»nə həsr olunmuş tədbirlə əlaqədar Bakı Biznes Mərkəzində Elmi- Praktiki konfrans keçirilmişdir.

Konfransda  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sədri Əhməd Əhmədzadə və «Azərsu» ASC-nin Sədri Qorxmaz Hüseynov çıxış etmişlər. Hər iki natiq öz çıxışlarında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamla “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nü təsis etməsini onun sahəyə və burada çalışan işçilərin əməyinə verdiyi yüksək qiymətin bariz nümunəsi olduğunu və bunun Səhmdar Cəmiyyətlərinin kollektivlərini daha böyük əzm və qüvvə ilə işləməyə ruhlandırdığını  qeyd etmişlər. 

Tədbirdə çıxış edən digər natiqlər də Peşə bayramını böyük sevinc və fərəh hissi ilə qeyd etdiklərini bildirmişlər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında Ulu Öndərimiz Heydər Əliyevin böyük və tarixi xidmətləri olduğunu qeyd edərək demişdir ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, onun əsas inkişafına Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

Ulu Öndərimiz keçmış İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar ki, dayanmışdı, sahə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 

1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı sayəsində  meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu, sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi və meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni və dayanıqlı inkişaf mərhələsinə qədəm qoydu.