www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Ana səhifə Saytın xəritəsi Əks-əlaqə
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

2017-cı il peşə bayramı

06.06.2017

5 iyun «Su təsərrüfatı meliorasiya işçiləri günü» dür.

Prezident İlham Əliyevin  14 may 2014-cü ildə imzaladığı Sərəncamla hər il 5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı kimi qeyd edilir.

Bu münasibətlə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərsu ASC-nin kollektivləri 5 iyun 2017-ci il tarixdə Fəxri xiyabana gələrək ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmişlər.

Şəhidlər Xiyabanını ziyarət edən kollektivlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

      

 Bakı Biznes Mərkəzində “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə “Ümummilli lider Heydər Əliyev Azərbaycanın su təsərrüfatı və meliorasiya sahəsinin yaradıcısı və müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış edərək, meliorasiya və su təsərrüfatı işçilərini bayram münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğıdan, hazırda onun bu sahədəki siyasətinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən danışmışlar.  

                   

   Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq qeyd etmişdir ki, bu sahədə görülmüş işlər kənd təsərrüfatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Sonra A.Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxumuşdur.

         

Tədbirdə iştirak edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Baş nazirin müşaviri Musa Məmmədov, Kənd Təsərrüfatı, Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Tofiq Quliyev, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri Akif Məmmədov  ölkəmizdə su təsərrüfatı və meliorasiya sektorunda görülmüş işlərin əhəmiyyətindən danışmış, bu sahədə çalışan işçilərin əməyini yüksək qiymətləndirmişlər.

               

 Tədbirdə konfrans iştirakçıları adından  Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Konfrans Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyətindən bəhs edən filmlərin nümayişi ilə başa çatmışdır.