www.mst.gov.az Azərbaycan Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi saytı
Главная страница Карта сайта Обратная связь
Ulu öndər HEYDƏR ƏLİYEV: "Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik"
e-aze

Новости

 

06.06.2016

5 iyun Su təsərrüfatı və meliorasiya işçiləri peşə bayramını qeyd etmişlər 

 

5 iyun meliorasiya və su təsərrüfatı sahəsində çalışanlar öz peşə bayramlarını qeyd edir. Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixli imzaladığı sərəncamla hər il iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” kimi qeyd edilir. Bu münasibətlə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra şəhidlər xiyabanını ziyarət emişlər.

Daha sonra “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivlərinin iştirakı ilə “Azərbaycanın su təsərrüfatı və meliorasiya kompleksinin inkişafındakı uğurlar Heydər Əliyevin ideyaları ilə bağlıdır” adlı konfrans keçirilmişdir. Konfransda həm Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, həm də “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğıdan, həmçinin onun unudulmaz fəaliyyətindən danışıb.  

                       

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisinin xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov son illər su təsərrüfatı və meliorasiya sahəsində irimiqyaslı layihələrin həyata keçirildiyini xatırladaraq qeyd etmişdir ki, bu sahədə görülmüş işlər kənd təsərrüfatının inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Sonra A.Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxumuşdur.

Sonra çıxış üçün söz Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin 1-ci müavini Məmmədsadıq Quliyevə verilmiş və o “Heydər Əliyev ideyaları  su təsərrüfatı və meliorasiya kompleksinin uğurlu inkişafının təminatçısıdır” adlı məruzəsi ilə çıxış etmişdir. Növbəti çıxış “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov tərəfindən edilmişdir və o, “İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması regionların inkişafının prioritet məqsədlərindəndir” adlı məruzəsi ilə çıxış etmişdir.  

               

Məruzələr dinlənildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin adından su təsərrüfatı və meliorasiya işçilərinə ünvanlanmış təbrik oxunmuşdur.

Tədbirdə konfrans iştirakçıları adından  Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir. Konfrans Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətindən bəhs edən filmlərin nümayişi ilə başa çatmışdır.