Təchizat sektoru

Təchizat sektoru tabeli idarələrin və müvafiq şöbələrin tələbatı əsasında nasos-güc avadanlıqlarına, maşın-mexanizmlərə tələbatı müəyyən edir və tələb olunanların satınalma prosedurunu həyata keçirir.

Sektor Cəmiyyətin tabeçiliyində olan idarələrin tələbatına uyğun olaraq nasos-güc avadanlıqlarının, maşın-mexanizm və digər avadanlıqların onlara ayrılmasını təmin edir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını və onların əsasında hazırlanmış normativ hüquqi sənədləri, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin sektorun Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.