Su Anbarları və Hidroqovşaqların İstismarı Sektoru

Su anbarları və hidroqovşaqların istismarı sektoru əsas su anbarlarında toplanan, hidroqovşaqlarda olan və magistral kanallara götürülən sular barədə ötən illə müqayisəli gündəlik, əsas su anbarlarının həcmi və səviyyələri barədə ötən illə müqayisəli həftəlik məlumatlar hazırlayır, əsas su anbarlarının rüblük və illik iş rejimlərinin hazırlanıb aidiyyatı qurumlar tərəfindən təsdiqlənməsini təmin edir, magistral kanalların su limitlərini hazırlayıb təsdiq edir və onun istifadəsinə nəzarət edir.  

Sektor Kür, Araz və ona qovuşan dağ çaylarından sel-daşqın sularının qəzasız axıdılması üçün mühafizə tədbirlərinin həyata keçirilməsinə və daşqın sularının zərərli təsirinin aradan qaldırılmasına nəzarət edir, su anbarları, hidroqovşaqlar və magistral kanallara götürülən və onlardan ayrı-ayrı rayonlara verilən suyun uçotunu aparır, Samur və Araz transsərhəd çaylarının sularının istifadəsi üçün yaradılmış Birgə Komissiyaların iclaslarında iştirak edir və onların müvafiq sənədlərini hazırlayır.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını və onların əsasında hazırlanmış normativ hüquqi sənədləri, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin sektorun Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.