Xaçmazda 2 km uzunluğundakı torpaq kanal beton üzlüyə alınır.

about1

Ölkəmizin ən böyük kənd təsərrüfatı rayonlarından olan Xaçmazda fermerlərin suvarma suyu ilə təminatı istiqamətində tədbirlər davam etdirilir. Məlumat üçün bildirək ki, rayon ərazisində suvarılan torpaqların ümumi sahəsi 50 min 290 hektardır.  Bu torpaq sahələri kanallar, çaylar, qarasular və bir qisimi də artezian suları ilə suvarılır. Su mənəbələri isə Samur-Abşeron və Xan arxı kanalıdır. Su istehlakçılarının keyfiyyətli suvarma suyu ilə təmin etmək məqsədi ilə iki min mert uzunluğunda torpaq kanal hazırda beton üzlüyə alınır.

Yeni beton kanalların çəkilməsi fermerlərin də işini xeyli asanlaşdırır. Bağ və sahələrin vaxtında suvarılması  həm də məhsuldarlığın yüksəldilməsinə təsir edir. Bununla yanaşı rayon ərazisindən keçən çayların daha çox təhlükə gözlənilən hissələrində daşqın və selə qarşı mübarizə tədbirləri görülərək çay məcraları tənzimlənir, sahilqoruyucu və su istiqamətləndirici bəndlər qurulur.

Qeyd edək ki, Xaçmaz rayonunda sahələri suvarmaq üçün 2 min 180 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Bu kanalların 1790 kilometri torpaq 220 kilometri isə beton məcralıdır. Ötən il rayon ərazisində 3 min metrdən artıq torpaq məcralı kanal beton üzlüyə alınıb.

03.10.2022 08:47