Samuxda təsərrüfatlararası və təsərrüfatdaxili kanllarda təmizləmə və beton üzlüyə alınma işləri davam etdirilir.

about1

Rayonun 27856 hektar  suvarılan torpaqlara Samux Suvarma Sistemləri İdarəsinin balansda olan 658 km təsərrüfatdaxili, 65.5 km təsərrüfatlararası kanallar vasitəsi ilə suvarma suyu verilir. Artıq, 65.5 km Allahdad, Xanarx, Dinaraj, Qarasaqqal,Qarabağlı, Salahlı, Yusifli kanallarda 312 min.m3 lildən təmizləmə işləri aparılıb. Rayon, kənd və qəsəbələrdə tərtib edilmiş qrafikə uyğun olaraq təsərrüfatdaxili kanallarda 154 min.m3  lildən təmizləmə işləri aparılıb və işlər davam etdirilir. Maşın mexanizmlər vasitəsi ilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı aparılan tədbirlərlə yanaşı kanalların beton üzlüyə alınması da davam etdirilir. Artıq əsaslı təmir işləri aparılan Drenaj kanalının 1.1 km hissəsi beton üzlüyə alınıb, işlər tamamlanmaq üzrədir.

Suvarma suyunun yaxşılaşdırılması üçün cari ildə 24 ədəd Hidro Texniki Qurğu, 19 ədəd hidropost təmir edilib. Kanallarda və çaylarda 88 min.m3 sahilbərkitmə və selə qarşı torpaq işləri görülüb. Payızlıq əkinə başlayan fermerlərə məxsus 7790 ha taxıl, 710 ha xəsil, 800 ha yonca sahəsinin artıq 7660 ha taxıl , 710 ha xəsil, 785 ha yonca sahələri suvarılması başa çatıb və suvarılma davam etdirilir. Ölkə başçısının sərancamı ilə, 2021-ci il ərzində rayon ərazisində olan əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün 5 ədəd subartezian quylarının əsaslı təmir işlərindən 3 ədədi təmir olunub və işlər davam etdirilir. Bu il 6 ədəd yeni subartezian quyularının qazılması da planlaşdırılıb.
Qarayeri qəsəbəsi, Hacallı, Çobanabdallı, Aşağı Ağasıbəyli, Qovlarsarı kəndələrində və Samux şəhərin də qazılıb istifadəyə veriləcək yeni subartezian quyuları 250 hektara yaxın əkin sahələrinin suvarma suyunu təmin edəcəkdir.

Qeyd edək ki, rayonun əsas su mənbələri, Kür, Gəncəçay, Qoşqar, Qavırlı çayları və Şəmkir maşın su kanalıdır. Suvarılan sahələrin, 10450 hektarı taxil, 6000 hektara yaxın yonca, 2500 hektar günəbaxan, 3200 hektardan çox həyətyani sahələr, 4000 hektara yaxın bağçılıq və meyvə tərəvəz, 50 hektar pambiq, 30 hektar çuğundur və 1300 hektardan çox sahə isə bostan-tərəvəz sahələridir.

 

22.12.2021 11:38