Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində  20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzü insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu deyib. 20 Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan sədr onun tarixi hadisə kimi önəmini vurğulayıb. Sədr, 20 Yanvar hadisələrinə siyasi qiymətin də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə verildiyini bildirib.

Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Cənab Prezident İlham Əliyev tərəfindən əziz tutulur. Möhtərəm Prezidentimiz  torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğurunda inamlı siyasət aparır.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım tədbirləri Cəmiyyətin tabeliyində olan digər idarə və təşkilatlarda da keçirilib.

18.01.2019