Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov rayonlardakı su təsərrüfatı obyektlərinə baxış keçirib.

about1

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov və sədr müavini Zakir Quliyev Sabirabad, Saatlı, İmişli, Füzuli, Biləsuvar, Salyan və Nefçala rayonlarındakı su təsərrüfatı obyektlərinə baxış keçiriblər. Səfərdə məqsəd cənab Prezidentin tapşırıqlarından irəli gələn məsələlərlə yerində tanış olmaq və qarşıya qoyulan məsələləri vaxtında yerinə yetirməkdən ibarətdi.

Səfər zamanı yerli istismar idarələri ilə məsələlər müzakirə olunmuş və müvafiq tapşırıqlar verilmişdir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ilk olaraq işğaldan azad olunmuş ərazilərdə yerləşən “Suqovuşan” və “Xaçınçay” su anbarlarına və su təsərrüfatı obyektlərinə baxış keçirib.

30.04.2021 10:00