Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə 2021-ci il üzrə respublikanın rayonlarında əkilməsi nəzərdə tutulan pambıq sahələrinin suvarılması mövzusunda videokonfrans keçirilib.

about1

Cəmiyyətin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən onlayn konfransda 2021-ci il üzrə respublikanın rayonlarında əkilməsi nəzərdə tutulan pambıq sahələrinin arat suyu ilə təmin edilməsi və vegetasiya suvarmasına hazırlıqla bağlı müzakirələr aparılıb. Videokonfransda Səhmdar Cəmiyyətin şöbə müdirləri və pambıq əkilməsi nəzərdə tutulan rayonların yerli istismar idarələrinin rəhbərləri iştirak edib. Cəmiyyətin şöbə müdirləri yerli istismar idarələrin nümayəndələri ilə birlikdə qarşılıqlı müzakirə aparıb.

İclasda Səhmdar Cəmiyyətin sədr müavini Zakir Quliyev cari ildə pambıq əkini nəzərdə tutulan sahələrin rayonda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin və pambıq əkini ilə məşğul olan şirkətlərin nümayəndələri ilə birlikdə dəqiqləşdirilməsi, həmin sahələrə xidmət edən suvarma şəbəkələrində, nasos stansiyalarda və subartezian quyularında həyata keçirilən təmir işlərinin vaxtında başa çatdırılması, mövcud su ehtiyatlarından daha səmərəli istifadə etməklə arat suvarmasının optimal müddətlərdə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verdi.

10.03.2021 19:00