Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Payızlıq əkinlərin suvarılması” ilə bağlı Kənd Təsərrüfının müavini Sarvan Cəfərovun və Nazirliyin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyevin iştirakı ilə videokonfrans keçirilib.

about1

Oktyabrın 23-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də “Payızlıq əkinlərin suvarılması” ilə bağlı videokonfrans keçirilib.

Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə keçən iclasda sədr müavinləri Rafiq Aslanov, Zakir Quliyev, aparatın işçiləri, yerli istismar idarələri və Kənd Təsərrüfının müavini Sarvan Cəfərov və Nazirliyin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev iştirak edib.

Videokonfransda pambiq bitikisinin son suvarma vegitasiyasından, payızlıq əkinlərin suvarılmasından danışılıb.  

Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadə bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaş kimi, melioratorları da sevindirir. “Qarşımızda duran əsas vəzifələrdən biri də işğaldan azad olunan ərazilərimizdə meliorativ tədbirlərin görülməsinə indidən hazırlaşmaqdır. Dövlətimizin başçısının da dediyi kimi, ərazilərimizin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bütün torpaqlarımızda məhsuldarlığın əldə olunmasına çalışmalıyıq”, - deyə ASC sədri əlavə edib.

İclasda yerli istismar idarələrində olan vəziyyətdən, mövcud olan sudan səmərəli istifadə olunmasından və qrafik əsasında gecə və gündüz suvarmasından danışılıb. Bildirilib ki,  əvvəlki illərdən fərli olaraq bu il payızlıq əkinlərinin suvarılmasında Kənd Təsərrüfatı Nazirliyinin rayondakı nümayəndəlikləri ilə birlikdə sudan səmərəli istifadə olunmalıdır. Suvarmadakı çətinlikləri azaltmaq üçün, bol məhsul əldə etmək üçün subartezian quyularından və nasoslardan maksimum istifadə edilməlidir, texniki problemlər dərhal aradan qaldırılmalıdır.  

Həmçinin payızlıq əkiləri arasında ən əsas taxıl bitkisinin suavarılması məsələsidə müzakirə olunub.

Sonda yerli idarələrin söylədiyi məsələlərə münasibət bildirilib və deyilənlərin yerində araşdırılamısı, kömək məqsədi ilə yerlərə nümayəndələrin göndəriləcəyi ilə bağlı lazımi tədbirlər görüləcəyi barədə məlumat verilib.

23.10.2020 17:40