Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızda ağacəkmə aksiyaları keçirilib. (Foto)

about1

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə əlaqədar  melioratorlar ağacəkmə aksiyası keçiriblər.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi də respublikamızda ekoloji mühitin yaxşılaşdırılmasına yönəlmiş bu tədbirdə fəal iştirak ediblər.

Ağacəkmə aksiyalarında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bütün idarə və təşkilatları iştirak edib.

Ağac əkilən ərazilərdə abadlıq-təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib, ağacların suvarılması üçün xətlər çəkilib və suvarılması həyata keçirilib. Melioratorlar əkilmiş ağaclara gələcəkdə də qulluq etməyi, vaxtı-vaxtında suvarmağı öhdələrinə götürüblər.

12.11.2019 14:00