Mexanizasiya, sənaye və “melioservis” xidməti şöbəsi

Mexanizasiya, sənaye və “melioservis” xidməti şöbəsi tabeçilikdə olan idarələrdə maşın, mexanizm, avadanlıq, avtonəqliyyat və s. yükqaldırıcı nəqliyyat vasitələrinin texniki cəhətdən saz saxlanmasına nəzarət edir.

Şöbə sənaye müəssisələrinin və melioservis idarələrinin koordinasiyalı fəaliyyətini təşkil edir, meliorasiya və su təsərrüfatı sahəsində istehsal-texniki servis xidməti göstərir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını və onların əsasında hazırlanmış normativ hüquqi sənədləri, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin şöbənin Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.