Kadrlar və Xüsusi İşlər Sektoru

Kadrlar və Xüsusi işlər sektoru qanunvericiliyə uyğun qaydada Səhmdar Cəmiyyətin Sədrinin göstərişinə əsasən işçilərin işə qəbul edilməsi və işdən azad olunması ilə əlaqəli sənədləri hazırlayır, əmək kitabçalarını tərtib edir, işçilərin növbəti məzuniyyətə buraxılması üçün qrafik, həmçinin işçilərin mükafatlandırılması və hökümət təltifinə təqdim edilməsi üçün təqdimatlar hazırlayır, həmkarlar komitəsi ilə birlikdə təqaüd vaxtı çatan işçilərin təqaüd sənədlərini hazırlayaraq sosial təminat orqanlarına təqdim edir.

Sektor mütəmadi olaraq Səhmdar Cəmiyyətin tabeliyində olan idarə və müəssisələrdə kadrlarla əlaqəli aparılan işlərin vəziyyətini öyrənir və onlara müvafiq köməklik göstərir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını və onların əsasında hazırlanmış normativ hüquqi sənədləri, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin şöbənin Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.