İnformasiya, idarəetmə sisteminin inkişafı sektoru

“İnformasiya, idarəetmə sisteminin inkişafı” sektoru informasiya kommunikasiya texnologiyaları ilə əlaqəli işlərin təşkili və tətbiqi, Elektron Hökümət Dövlət İnformasiya Sistemi infrastrukturuna qoşulma, elektron sənəd dövriyyəsinin və internet informasiya ehtiyatlarının yaradılmasını təmin edən,  elektron şəbəkə xidmətini təşkil edən, veb saytın işləməsini təmin edən  və  informasiyanın idarə edilməsi ilə əlaqəli digər məsələlər üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə nəzərdə  tutulmuş siyasətini həyata keçirir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təlimatlarını və metodiki göstərişlərini, Cəmiyyətin Əsasnaməsini, Cəmiyyətin Sədrinin qərar, əmr və sərəncamlarını, həmçinin Sektorun öz Əsasnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.