Kollektor-drenaj şəbəkəsi

Respublikanın suvarılan torpaqlarının 43 faizində (610.4 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 277 min hektar sahə açıq, 320.4 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.

Drenləşmiş sahələrdə 12761 km açıq, 9269 km qapalı drenaj şəbəkələri, 6683 ilkin yığıcı kollektorlar, 4302 km magistral və təsərrüfatlararası kollektorlar (cəmi 33015 km) tikilib istifadəyə verilmişdir.

Respublikamızın meliorasiya olunmuş ərazilərindən drenaj suları 3 əsas magistral Baş Mil-Muğan, Baş Şirvan və Muğan Salyan kollektorları ilə Xəzər dənizinə axıdılır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı

Açıq Səhmdar Cəmiyyətinin balansında olan əsas magistral kollektorlar

S/S

Kollektorların adı

İstismara verildiyi il

Uzunluğu, km

Suburaxma qabiliyyəti, m³/s.

Xidmət etdiyi sahə, min ha

Drenaj suları axıdılır

 1

Baş Mil-Muğan kollektoru

2006

42

107

500

Xəzər dənizi

 2

Baş Şirvan kollektoru

1965

215,7

72,0

281,0

Xəzər dənizi

 3

Muğan-Salyan suötürücüsü

1953

100,9

36,0

77

Xəzər dənizi

 4

Mil-Qarabağ kollektoru

1965

152,0

25,0

115

Baş Şirvan kollektoru