Qış otlaqlarının su təminatı sistemləri

Respublikamızda 1956-cı ildən etibarən planlı surətdə qış otlaq sahələrinin su ilə təmin edilməsi məqsədilə geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanılmışdır. 1956-1990-cı illərdə 1105000 hektar qış otlaq sahələrində su təminatı sistemlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması işləri həyata keçirilmişdir. Hazırda bu sahələrin müəyyən hissəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. Hazırda qış otlaq sahələrində qış mövsümünü keçirən kiçik buynuzlu heyvanları su ilə təmin etmək üçün 7 Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismar İdarəsi fəaliyyət göstərir.