Sənədlərlə, vətəndaşların müraciətləri üzrə iş və təsərrüfat şöbəsi

Sənədlərlə, vətəndaşların müraciətləri üzrə iş və təsərrüfat şöbəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mərkəzi  aparatının kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işlərinin təşkili və tənzimlənməsi, vətəndaş müraciətlərinə baxılması üzrə lazımi işlər həyata keçirir.

Şöbə Səhmdar Cəmiyyətin struktur bölmələrinin və qurumlarının bu sahədəki fəaliyyətinə nəzarəti, əməli və metodiki köməkliyi həyata keçirir, Səhmdar Cəmiyyətin mərkəzi  aparatında və qurumlarında kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və cari nəzarəti həyata keçirir, kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir,  qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir;

Öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin şöbənin Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.