İqtisadiyyat, maliyyə və daxili audit şöbəsi

İqtisadiyyat, maliyyə və daxili audit şöbəsi meliorasiya və su təsərrüfatı sahəsinin iqtisadi fəaliyyətini və maliyyələşdirilməsinin idarə edilməsini, büdcə və büdcədənkənar proqnoz layihələrinin hazırlanmasını, aidiyyəti qurumlara təqdim edilməsini və səlahiyyətli nümayəndə kimi müdafiə olunmasını, Səhmdar Cəmiyyətə ayrı-ayrı sahələrdən, büdcə, büdcədənkənar və təsərrüfat hesablı fəaliyyətdən daxil olan vəsaitlərin struktur vahidləri üzrə təsərrüfat fəaliyyətinə uyğun kollegial bölgüsünün müvafiq şöbə və sektorlarla birgə hazırlanaraq təsdiq üçün rəhbərliyə təqdim edilməsini, hər ay istismar və inkişafla bağlı, təsdiq olunmuş proqnozlara uyğun təlabat nəzərə alınmaqla sifarişlərin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını, tabeçilikdə olan idarə, müəssisə və təşkilatların iqtisadi və maliyyə göstəricilərinin, xərclər smetalarının, ştat cədvəllərinin hazırlanmasını təmin edir, rəhbərliyin aidiyyatı sahə üzrə göstərişlərini həyata keçirir.

Şöbə struktur vahidləri üzrə auditin aparılması ilə mühasibat (maliyyə) hesabatlarının və aparılan təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğuna, uçotun düzgün aparılması və hesabatların tərtib edilməsi qaydalarını tənzimləyən qanunvericiliyə, uçot standartlarına əməl olunmasına köməklik göstərir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını, Səhmdar Cəmiyyətin nizamnaməsini, Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, digər direktiv sənədləri rəhbər tutmaqla iqtisadiyyat, maliyyə və digər müvafiq məsələlər üzrə aidiyyəti qanun, qərar, sərancam və təlimatların struktur vahidlərinə çatdırılmasını və onlara müvafiq təlimatı istiqamətlərin verilməsini təmin edir.