Elm, Layihə, Tikinti və Xarici Əlaqələr Şöbəsi

Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsi meliorasiya və su təsərrüfatı sahəsinin elmi təminatının ödənilməsi, obyektlərin layihəsinin və tikintisinin beynəlxalq standartlara uyğun hazırlanması və aparılması, xarici əlaqələrin yaradılması və beynəlxalq investisiyaların meliorasiya və su təsərrüfatı sahəsinə cəlb olunması üzrə lazımi işlər həyata keçirir.

Şöbə meliorasiya və su təsərrüfatı sahəsində elmi-tədqiqat, layihə və tikinti işlərinin planlaşdırılmasını, maliyyələşdirilməsini və əlaqələndirilməsini əsaslandırır, dövlət büdcəsindən və digər mənbələrdən ayrılan vəsaitlər hesabına həyata keçirilən əsaslı tikintinin sifarişçisi funksiyasını, podratçıların seçilməsi üzrə müsabiqələrin keçirilməsini  və s. işləri təşkil edir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını və onların əsasında hazırlanmış normativ hüquqi sənədləri, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin şöbənin Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.