Mühasibat işinin təşkili və uçotu sektoru

Mühasibat işinin təşkili və uçotu sektoru bütün maliyyə-təsərrüfat fəaliyyəti dövründə mühasibat uçotunun düzgün təşkilini təmin edir.

Sektor  cəmiyyətin mərkəzi aparatı üzrə gəlir və xərclərə nəzarət etməklə, qanunvericiliyə uyğun icmal hesabatlar hazırlayır və müvafiq orqanlara təqdim edir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını, Səhmdar Cəmiyyətin nizamnaməsini, Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin sektorun Əsasnaməsini və digər direktiv sənədləri rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.