Aparat rəhbəri

CAHAN CAHANGİR OĞLU MƏMMƏDOV

 

  • 1949-cu ildə Tovuz rayonunda anadan olub.
  • 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırması, iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, həmin institutu 1975-ci ildə bitirərək,  iqtisadçı ixtisasını alıb.
  • 1968-1970-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub.
  • 1970-1972-ci illərdə Bakı Baş tikinti idarəsində çilingər; 1972-1976-cı illərdə Azərbaycan Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsində mühəndis-iqtisadçı, böyük iqtisadçı;      
  • 1976-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İstehsalat Texniki Təminat Komitəsində böyük mühəndis-iqtisadçı, şöbə rəisi, Baş idarəsinin rəisi; 1986-1989-cu illərdə Azərbaycan Dövlət Aqrar Sənaye Komitəsində Baş idarənin rəis müavini, rəisin birinci müavini, Baş idarənin rəisi;
  • 1989-1992-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində Baş İdarənin rəisi;
  • 1992-1993-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyində sədrin birinci müavini, sədri;
  • 1993-1997-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini və «Azəraqro-təchizatmexanikləşdirmə» Respublika İstehsalat Birliyinin sədri;
  • 1997-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vvəzifələrində çalışıb.
  • 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyir.
  • 1978-ci ildə “Sosializm yarısının qalibi” medalı, 1982-ci ildə “Şərəf  Nişanı” ordeni və 2016-cı ildə “Tərəqqi medalı” ilə təltif olunub.
  • 1992-ci ildə Rusiya FR-nın Sankt-Peterburq Dövlət İqtisad Universitetində “Bazar iqtisadiyyatı şəraitində Aqrar bölmənin maddi-texniki təminatı” mövzusunda iqtisad elmləri namizədi dərəcəsini müdafiə edib.
  • 1994-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasında müəllim işləyib.
  • Aqrar sənaye kompleksinin idarə edilməsi, təkminləşdirilməsi, inkişafı və prespektivləri barədə çoxsaylı məqalələri, dərslik və dərs vəsaitləri, monoqrafiya və elmi əsərləri var.
  • Aqrar sahədə mövcud vəziyyət və onun gələcək inkişafı mövzusunda keçirilən beynəlxalq konfranslarda, seminarlarda və formlarda çoxsaylı məruzələrlə çıxış edib.