Meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birlikləri üzrə iş şöbəsi

 Meliorasiya, su ehtiyatları və sudan istifadəedənlər birlikləri üzrə iş şöbəsi suvarılan torpaqların meliorativ vəziyyətinə nəzarət edir, kollektor-drenaj şəbəkələrinin istismarını, meliorasiya və su təsərrüfatı obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını təmin edir.

Şöbə su təsərrüfatı obyektlərinin kadastrının aparılmasını təşkil edir, səlahiyyətləri daxilində onların  həyata keçirilməsinə nəzarət edir.

Öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını və onların əsasında hazırlanmış normativ hüquqi sənədləri, Səhmdar Cəmiyyətin rəhbərliyinin əmr və göstərişlərini, həmçinin şöbənin Əsasnaməsini rəhbər tutmaqla, işini Səhmdar Cəmiyyətin digər şöbə və sektorları ilə qarşılıqlı əlaqə əsasında qurur və səlahiyyətləri daxilində Azərbaycan Respublikasının digər dövlət qurumları və təşkilatları ilə yazışmalar aparır.