Müşavir

         AKİF ORUC OĞLU MUSTAFAYEV

 

  • 1954-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olub.
  • 1976-cı ildə Azərbaycan Mühəndis-İnşaat institutunun hidromeliorasiya fakültəsini bitirərək mühəndis hidrotexnik ixtisasını alıb.
  • 1976-1977-ci illərdə Kirovabad Suvarma Sistemləri İdarəsində mirab, texnik və Gəncə çay sistemi üzrə sahə mühəndisi işləyib.      
  • 1977-1981- ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun suvarma şöbəsində texnik,böyük texnik, kiçik elmi işçi, aspirant olub.
  • 1982 ci ildə  Xerson Kənd Təsərrüfat Akademiyasının elmi şurasında “Qarabağ düzənliyində soyanın suvarma rejimləri və suvarma üsulları” adlı dissertasiyasını müdafiə edərək ”meliorasiya və suvarma əkinçiliyi” ixtisası üzrə k.t.e.n. alimlik dərəcəsi alıb.
  • 1982-1994-cü illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun suvarma şöbəsində baş elmi işçi, Suvarma şöbəsinin müdiri işləyib.
  • 1994-2000-ci illədə Meliorasiya və Su Təsərrüfatı Komitəsində Elm Layihə və Ekspertiza İdarəsinin rəis müavini, rəisi vəzifəsində işləyib.                                                              
  • 1995-ci ildə Dünya Bankı xətti ilə İqtisadi-İnkişaf İnstitutu- Kənd Təsərrüfatı Layihələrinin analizi kursu üzrə Kənd Təsərrüfatı Layihələrinin eksperti sertifikatını alıb.
  • 1995-ci ildən YAP “Meliorator” ilk ərazi təşkilatının sədridir.
  • 2000-2005-ci illərdə-Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində  “Kənd Strategiyası Komponenti”nin rəhbəri, “Kənd Təsərrüfatı Siyasəti Qrupu”nun direktoru işləyib.
  • 2002-ci ildə Dünya Bankı xətti ilə Oklahoma Dövlət Universitetinin Kənd Təsərrüfatı Tədqiqatları və Təbii Ehtiyatlar Dekanlığı- «Holland Sindromu və Kənd Təsərrüfatı və Kənd İnkişaf Siyasəti» və «Kənd Təsərrüfatı Siyasəti və Marketinq» mövzuları üzrə sertifikatlar alıb.
  • 2005-2018 Dünya Bankının krediti ilə həyata keçirilən Azərbaycanda Suvarma-Drenaj İnfrastrukturunun bərpası və yenidən qurulması layihəsinin həyata keçirilməsi üzrə İşçi Qrupunda layihə rəhbəri, direktor müavini və direktor vəzifəsində işləyib.
  • 2015-ci ildə Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub, 2018-ci ildə isə  "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
  • 2019-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviridir.
  • İş fəaliyyəti dövründə kənd təsərrüfatı bitkilərindən proqramlaşdırılmış məhsul alınması, respublikanın regionlarında bir sıra bitkilərin suvarma rejimləri, suvarma üsullarına dair tədqiqat işlərinə və bir nəfər aspiranta elmi rəhbərlik etmişdir. Tədqiqat işlərinin nəticələrinə istinadən 70-dən çox elmi məqalələri və tövsiyyələri nəşr olunmuşdur. Meliorasiya və su təsərrüfatı sahəsi ilə bağlı keçirilən beynəlxalq konfranslarda, seminarlarda və forumlarda məruzələrlə çıxış edib.
  • Ailəlidir, iki övladı var.